İŞİD kamikadzelərinin törətdiyi partlayışlar nəticəsində 70 nəfər şəhid olub, 100 nəfər yaralanıb.
  Arannews- İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən şəhərdə terrorçu-kamikadzelər tərəfindən eyni vaxtda iki partlayış törədilib.İŞİD kamikadzelərinin törətdiyi partlayışlar nəticəsində 70 nəfər şəhid olub, 100 nəfər yaralanıb.
 Terror aktı fevralın 28-də paytaxt yaxınlığındakı şiə şəhəri Mədinə-əs-Sədrdə törədilib.
 Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.  
 Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.