Tarix : 2016 Feb 29
Kod 48056

Ramzan Kadırov vəzifəsindən gedir

Çeçenistan prezidenti Ramzan Kadırov tutduğu vəzifədə onun zamanının başa çatdığını və dövlətin başqa adam tapmalı olacağını bildirib.
AranNews- Çeçenistan prezidenti, Ramzan Kadırov tutduğu vəzifədə onun zamanının başa çatdığını və dövlətin başqa adam tapmalı olacağını bildirib.
fevralın 27-də, Rusiyanın NTV telekanalının “Mərkəzi televiziya” verilişinə müsahibəsində Kadırov qeyd edib ki, onun “vaxtı çatıb”.

“Düzünü desəm, mən işimi görürəm və məndə bu günə kimi alınırdı. Amma mənim adımdan xalqıma qarşı istifadə etməkdən söhbət gedirsə, hesab edirəm ki, dövlət başqa adam tapmalıdır. Mən deyirəm – vaxtım bitib. Bizim komandada varislər çoxdur, yaxşı mütəxəssislər var”, – Kadırov belə deyib.
  • Yazılıb
  • da (də) 2016 Feb 29
  • Göndərən مدير سايت Aran News