Bəhreyn xalqı aksiya keçirərək, ölkəsinin idarə tərzi və hökumətin siyasətlərinə etiraz edib.
Arannews- Bəhreyn xalqı Ali-Xəlifə rejiminin irqçilik siyasətlərinə qarşı aksiya keçirib.
Bəhreyn xalqı bazar günü gecə Manama ətrafında aksiya keçirərək, ölkəsinin idarə tərzi və hökumətin siyasətlərinə etiraz edib.
Aksiyaçılar habelə Bəhreyndə məhbus siyasi fəallarla həmrəylik ifadə ediblər.
Təhlükəsizlik qüvvələri Sitrə məntəqəsində aksiyaçılara basqın edərək, bir neçə nəfəri həbs ediblər. Deyilənlərə görə, Bəhreyn hərbçilərinin əhaliyə qarşı hücumunda bir qrup insan yaralanıb.
Ali-Xəlifə rejiminə qarşı etirazlar 2011-ci ildən başlanıb və Bəhreyn hökuməti bu etirazları yatırmaq üçün səudiyyə, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya qüvvələrinin köməyilə indiyədək onlarla nəfəri şəhid ediblər, yüzlərlə nəfəri də həbs edib.