Ərəbistan xarici işlər naziri Adil Əlcubəyr bu ölkənin kəşfiyyat aparatının başçısı Xalid Əlhəmidan ilə yanaşı, işğal olunmuş Fələstinə səfər edib.
Arannews- Ərəbistan xarici işlər naziri Adil Əlcubəyr bu ölkənin kəşfiyyat aparatının başçısı Xalid Əlhəmidan ilə yanaşı, işğal olunmuş Fələstinə səfər edib.Təhlükəsizlik mənbələri Ərəbistan xarici işlər nazirinin Təl-Əvivə səfərindən və Suriya və Livana müştərək hücum üzrə plan üstündə razılığından xəbər veriblər.
Bu məlumata görə, Ərəbistan xarici işlər nazirinin sionist rejim başçıları, Mossad başçısı və Netanyahu ilə görüşündə Suriya və Livana qarşı səudiyyə və sionist rejm əməliyyatı barədə razılıq əldə olunub.
bu səfərdə irəli sürülmüş ən mühüm məsələ, Ərəbistanın sionist rejimdən Suriyanın cənubuna birbaşa müdaxilə etməsini istəməsidir ki, Suriyaya quru hücumunun başlanacağı təqdirdə, bu ölkə hökumətinə təzyiq göstərmək üçün həyata keçiriləcək.
Digər tərəfdən, Financial Times qəzeti ötən həftə ifşa edibdir ki, Ərəbistan Suriyanın cənubundan bu ölkəyə hücum üzrə bir plan icra etmək niyyətindədir ki, Türkiyənin həmkarlığı ilə icra olunacaq.
Türkiyə və Ərəbistanın Suriyaya hərbi müdaxiləyə dair təhdidlərini reallaşdıracaqları halda, Suriya və onun müttəfiqləri ağır hərbi qəfil hərəkətlər hazırlayıblar ki, Ankara və Ərriyad, həmçinin Təl-Əvivi titrəyişə salacaqdır.