Tarix : 2016 Mar 01
Kod 48060

Iraq ordusu çoxlu sayda terrorççuni məhv edib

iraqlı qüvvələr Ələnbar vilayətinin Əlxamisiyyə, Əlbuziyab və Əlbudəic məntəqələrində, həmçinin Əl-İslam yol ayrıcında əməliyyat keçirərək, İŞİD terrorçularından azı 64 nəfəri öldürüblər.
Arannews- İraqın ordu qüvvələrinin bu ölkənin qərbindəki əməliyyatında onlarla terrorçu öldürülüb.
İraqın qərbində Ələnbar vilayətinin əməliyyat komandanı İsmail Məhlavi bildirib ki, iraqlı qüvvələr bu vilayətin Əlxamisiyyə, Əlbuziyab və Əlbudəic məntəqələrində, həmçinin Əl-İslam yol ayrıcında əməliyyat keçirərək, İŞİD terrorçularından azı 64 nəfəri öldürüblər.
Həmçinin bu komandanlığın qüvvələri İraqın mühəndislik bölməsinin həmklarlığı ilə İŞİD terrorçularının Ələnbar vilayətinin müxtəlif məntəqələrində yerləşdirdikləri yüzdən çox əldəqayırma bombanı zərərsizləşdirə biliblər.
Digər tərəfdən, Ələnbar vilayətində Əlxalidiyyə məntəqəsinin şura sədri Əli Davud bildirib ki, İŞİD-in Ərrəmadi şəhərindəki ən böyük yanacaq anbarı məhv edilib.

  • Yazılıb
  • da (də) 2016 Mar 01
  • Göndərən مدير سايت Aran News