Tarix : 2016 Mar 01
Kod 48064

MİSR PARLAMENTİNDƏ QALMAQAL

PARLAMENT NÜMAYƏNDƏSİNƏ AYAQQABİ TULLANIB
Arannews- Misir parlamentinin nümayəndəsi Kamal Əhməd sionist rejimə mesaj ünvanında digər nümayəndə Tofiq Əkaşəyə ayaqqabı tullayıb.
Tofiq Əkaşə öz peyk şəbəkəsi işçilərinin çiynində, “canım Əkaşəyə fəda olsun” şüarı ilə parlamentə daxil olanda ayaqqabı atəşinə tuş gəlib.
Kamal Əhməd insidentdən sonra bildirib ki, Əkaşənin sifətinə tuşlanan ayaqqabı əslində sionist rejim knesseti, işğalçı rejimə atılıb.
Hadisədən şoka düşən parlament sədri Əli Əbdülali hər iki nümayəndəni salondan çıxarıb. 
Sionist rejim radiosu iki gün əvvəl xəbər verib Tel-Əvivin Qahirədəki səfiri Haim Koren Misir parlamentinin nümayəndəsi Tofiq Əkaşənin dəvəti ilə onun evində görüşüb. İki şəxs arasında iqtisadiyyat, kənd təsərrüfatı, təhsil sahələrində əməkdaşlıq mövzuları müzakirə edilib.

  • Yazılıb
  • da (də) 2016 Mar 01
  • Göndərən مدير سايت Aran News