Tarix : 2016 Mar 01
Kod 48066

İŞİD-İN YÜZLƏRLƏ ÜZVÜ İRAQDAN QAÇİB

İŞİD terror qruplaşmasının 600-dən çox üzvü Fәlluca və Mosuldan qaçıb.
Arannews- İraqın Silahlı Qüvvələri Xalq Könüllülərindən ibarət dəstə ilə birgə Əl-Ənbar vilayətində anti-terror əməliyyatlarını genişləndirəndən sonra İŞİD terror qruplaşmasının 600-dən çox üzvü Fәlluca və Mosuldan qaçıb.
İraqın Silahlı Qüvvələrindən həmçinin bildiriblər ki, İŞİD terror qruplaşmasının Fәlluca şəhərinin əsas komandirlərindən biri sayılan Hüseyn Ələvi məhv edilib. Bununla yanaşı hökumət qüvvələri Səlahəddin vilayətinin Şərkət şəhərinə daxil olan kimi, İŞİD terrorçuları öz mövqelərini qoyaraq Kərkükə qaçıblar.
Bundan başqa İraq ordusu İŞİD terror qruplaşmasının Ramadi şəhərində hücumu dəf edərək 9 İŞİD ünsürünü məhv edib.


  • Yazılıb
  • da (də) 2016 Mar 01
  • Göndərən مدير سايت Aran News