Suriya ordusunun həyata keçirdiyi əməliyyatlar zamanı yüzlərlə İŞİD terrorçusu məhv edilib.
Arannews- Suriya ordusunun Hələbin ətrafında həyata keçirdiyi əməliyyatlar zamanı yüzlərlə İŞİD terrorçusu öldürülüb.
Suriya ordusunun Hələbin ətrafında yerləşən Təl-Həmmam məntəqəsində irəliləməsi ilə 450 terrorçu öldürülüb.
Suriya mənbələri həmçinin, ordu qüvvələrinin, terrorçulara qarşı əməliyyatların davamında İdlib şəhərinin ətrafında yerləşən Kəfərya və Fuə qəsəbələrində terrorçuların mövqelərinə qarşı irəliləmələrindən xəbər veriblər.
Bu əməliyyat zamanı 17 terrorçu öldürülüb.
Başqa bir məlumata görə, təkfirçi terrorçular İdlibin ətrafında mühasirədə saxladıqları Kəfərya və Fuə qəsəbələrini mina atanlarla hədəfə alıblar.
Ötən həftə ərzində terrorçuların hücumları zamanı bu məntəqədə çoxlu sayda sivil vətəndaş şəhid edilib və yaralanıb.
Suriyanın şimalında da, Dəməşq-Hələb şose yolunun təhlükəsizliyi, Suriya ordusu ilə İŞİD və Nüsra Cəbhəsi terrorçuları arasında 10 gün davam edən toqquşmaların ardınca, tam olaraq təmin edilib və Suriya ordusu Riqqə şəhərinə doğru irəliləməyə nail olub.
İŞİD və Nüsra cəbhəsi terror qruplaşmaları Suriyada elan olunan atəşkəsə şamil olmayan qruplaşmalardırlar və buna görə də Suriya ordusu onlara qarşı hərbi əməliyyatları davam etdirir.