Qərb tərəfindən terrorçu qrupların yaradılması, İslam sivilizasiyasının formalaşmasında xüsusi rola malik Suriya, İraq, Yəmən, Misir və Əfqanistan kimi ölkələrə hücumların edilməsi dini oyanış, yeni İslam intibahı və dini dəyərlərin dirçəldilməsi hərəkatı ilə mübarizə məqsədi daşıyır.
Arannews- "ABŞ-ın atəşkəsdə məqsədi Əsədi hakimiyyətdən kənarlaşdırmaqdır"
Bunu Islam Inqilabinin Böyuk Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti deyib.
Islam Inqilabinin Böyuk Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Tehranda keçirilən “Radikalizm, terrorizm və İİR - nın mövqeyi; təhdidlər və fürsətlər” konfransında çıxış edib.
Əli Əkbər Vilayəti çıxışında deyib: Qərb tərəfindən terrorçu qrupların yaradılması, İslam sivilizasiyasının formalaşmasında xüsusi rola malik Suriya, İraq, Yəmən, Misir və Əfqanistan kimi ölkələrə hücumların edilməsi dini oyanış, yeni İslam intibahı və dini dəyərlərin dirçəldilməsi hərəkatı ilə mübarizə məqsədi daşıyır.
"Öz əlaltıları ilə Suriyada hakimiyyəti dəyişə bilməyən Amerikalılar, bu məsələni BMT Təhlükəsizlik Şurasında qaldırıblar. Əsədin hakimiyyətdən uzaqlaşdırılma və yerinə ABŞ oyuncağı olan bir hökumətin gətirilməsini təsdiqlədiblər", - deyə Islam Inqilabinin Böyuk Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti vurğulayıb
Vilayəti Suriya hökuməti haqqında, ancaq BMT və digər dövlətlər deyil, Suriya xalqının da qərar verməli olduğunu sözlərinə əlavə edib.