Telefon danışığı zamanı Suriyada bərqərar olunan atəşkəs müzakirə olunub.
Arannews- Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun Suriyada bərqərar olunan 2 həftəlik atəşkəsi müzakirə ediblər.
Lavrov və Pan Gi Mun terrora qarşı mübarizə ilə bağlı da fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı Suriyada bərqərar olunan atəşkəs müzakirə olunub. Eyni zamanda İŞİD və Nüsrə cəbhəsinə qarşı keçirilən anti-terror əməliyyatları müzakirə olunub.
Pan Gi Mun həmçinin qeyd edib ki, Suriyada atəşkəsə ümumi olaraq əməl olunur.