Suriyalı vətəndaşlar: "Biz Küveytdə uzun müddətdir ki, işləyirik. Müvəqqəti olaraq bir neçə günlüyə vətənimizə getmişdik. İndi isə geri qayıtdığımızda bu problemlə qarşılaşdıq. "
Arannews- Küveyt vizası olan onlarla Suriya vətəndaşı ölkəyə buraxılmayıb. Məlumata görə, hava limanı işçiləri suriyalıların vizaları olmasına baxmayaraq, bu vizaların saxta olduğunu bildirərək ölkəyə daxil olmalarına mane olub.
Suriyalılar isə olayı belə izah edir: "Biz Küveytdə uzun müddətdir ki, işləyirik. Müvəqqəti olaraq bir neçə günlüyə vətənimizə getmişdik. İndi isə geri qayıtdığımızda bu problemlə qarşılaşdıq. Küveyt səfirliyinin verdiyizi vizanı havalimanı əməkdaşları saxta adlandıraraq bizim ölkəyə girişimizə qadağa qoyublar."