Sergey Lavrov, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki-Moon ilə görüşündə Suriya-Türkiyə sərhədinin bağlanmasının lazım olduğunu söyləyib.
AranNews- Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki-Moon ilə görüşünün ardından Suriya-Türkiyə sərhədinin bir an əvvəl tamamilə bağlanmasının lazım olduğunu söyləyib.
Sergey Lavrov, "Terroristlərin silah daşımasının dayandırılması üçün Türkiyə - Suriya sərhədi bağlanmalıdır",- deyə bildirib.
Lavrov həmçinin, Türkiyədən Suriyaya gedən bəzi silahların humanitar yardım tırlarında gizlədildiyini iddia edib.
Ban Ki-Moon isə Rusiyaya "boynuna götürdükləri rol" üçün təşəkkür edib.
BBC Türk-ün xəbərinə gör,ə Türkiyə-Suriya sərhədinin Suriya tərəfində şimali Haseki bölgəsindən Kobani kantonuna qədər olan bölgəyə Kürd gücləri YPG nəzarət edir. Şimal-qərbdən Afrindən Azezə qədər uzanan sərhəd bölgəsi də YPG idarəsindədir.