Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadəni, 7 gün müddətinə cərimə kamerasına-karserə salıblar.
AranNews- Nardaranda məlum əməliyyat zamanı həbs edilən ilahiyyatçı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə karserə salınıb. Bu barədə məlumatı onun vəkili Cavad Cavadov facebook səhifəsində paylaşıb. Həmin statusu olduğu kimi təqdim edirik.
"Bu gün (martın 2-də) Taleh Bağırovla görüşdüm. Dünən onu 7 gün müddətinə cərimə kamerasına-karserə salıblar. Onun özü bunu təzyiqlərin davamı kimi qəbul edir. Vəkil olaraq hüquqi addımlar atmaq niyyətindəyəm”,- deyə vəkil bildirib.