Tarix : 2016 Mar 03
Kod 48089

Vahabiliyin fəaliyyətinə qadağa qoyulma vaxtı çatib

Rusiyali ekspert: Rusiyada vahabiliyin fəaliyyətinə tam qadağa qoyulma vaxtı çatmışdır.
AranNews- islam məsələləri üzrə ekspert dünya rusları insan hüququ əncüməninin sədri, Roman Silantiyev vahabiliyin Rusiyadakı təhlükəsini vurğulayaraq inanır ki, vahabilikdən əlavə bu təfəkkürün əsas lobbisi Rusiya federasiyası müsəlmanları idarəsinin (keçmiş Rusiya müftilər şurası) fəaliyyəti dayandırılmalıdır.
O, İTARTASın təşkil etdiyi ,,orta şərq böhranı və Rusiyada etnik – məzhəb riskləri,, adlı dəyirmi masa müxbiri ilə müsahibədə bildirmişdir: Rusiya müsəlmanları idarəsinin sədri Ravil Eynəddin Moskva məscidinin açılış mərasimində Rəcəb Təyyib Ərdoğanın da iştirak etməsinə dair lobbiçilik etmişdi.
Türklər 24 Noyabrda Rusiya təyyarəsini vuranda Rusiya müsəlmanlarının onu dəstəkləməyən yeganə təmsilçisi idi. Bundan əvvəl də Ravilin birinci müavini Dəmir Həzrət Möhyiddin bir müsahibədə Rusiya rəsmilərini anti-türk siyasəti aparmaqda ittiham etmişdir.
Rusiya müftilər şurası Səudiyyə Ərəbistanı ilə rus tələbələrinin bu ölkədə din təhsili alması ilə əlaqədar müzakirə aparır. Hal bu ki, neçə ildir ki, rus rəsmiləri bu ölkə müsəlmanlarının xarici təhsil ocaqları ilə əlaqəsinə məhdudiyyət qoymuşlar.
90-cı illərin təcrübəsi göstərmişdir ki, Səudiyyə ərəbistanı və Misir universitetlərində vahabi peşnamazlar və ərəbşünaslar yetirilir. Eynəddin isə keçmişdə olduğu kimi bunları gözdən yayındırır. 2015-ci ildə müftilər şurası ilə birbaşa əlaqədar olan çoxlu hadisələr baş vermişdir. 2015-ci ilin mart ayında Mordavi məscidinin peşnamazı Ravil Əbdülliva terrorçuluqda ittiham edilib saxlanılmışdır. Sonra məlum olmuşdur ki, məscid müftilər şurasının nəzarəti altındadır və İŞİD üçün adam göndərirmiş. Daha maraqlısı budur ki, peşnamaz Tatar millətçisi və separatçısı Fövziyə Bayramovanın yaxın dostu imiş.
Digər bir hadisə isə əslən Varonjlı olan müftilər şurası üzvlərindən Məhəmməd Xarsonun Bəşşar Əsədə qarşı cihadçılara qoşulmasıdır. ,,quruculuq dünyası,,-nın peşnamazı Füzuli İsmayılov 17 dekabrda Belqradda terrorçuluq ittihamı ilə saxlanılmışdır. Ondan iki üçaçılan topança, bir əl qombarası və partlayıcı maddələr aşkar edilmiş və istintaq zamanı məlum olmuşdur ki, İsmayılov namaz qılanları İŞİD-lə əməkdaşlığa dəvət edirmiş. Bunlarla müqayisədə xırda məqamlar da vardır.
Valaqde məscidiin peşnamazı Nayil Müstəfin sosial şəbəkələrdə Rus vətəndaşlarının Sinayda öldürülməsini açıqca məsxərə etmişdir. FSB təşkilatının xəbərlərinə əsasən rusiyanın 40 nəfər xristian vətəndaşı müftilər şurasının təsiri nəticəsində müsəlman olmuşdur. Sonra isə terrorçulara qoşulmuşdur. Həttəa Rusiyanın xarici işlər nazirliyi Londonda keçirilən ötən ilin 15 dekabr iclasında (islam beynəlxalq iclasında) mənfi reaksiya göstərmişdir. Şeyxülislam Tələt Tacəldin Ravil Eynüddini açıqca məsxərə edərək ona ,,sən də müəyyən şərtlərlə onlara qoşul,, deyir. Bu, onu göstərir ki, Tacəldin Rusiyanın tərəfdarı olan canlı islam simvoludur və rus müsəlmanlarının etimadını qazanmışdır.
  • Yazılıb
  • da (də) 2016 Mar 03
  • Göndərən مدير سايت Aran News