Tarix : 2016 Mar 03
Kod 48091

Yəmən Xalqinin Humanitar Yardimlara Ehtiyaci Var

BMT-nin Yəməndə humanitar məsələləri üzrə koordinatoru beynəlxalq dairələrdən müharibə şəraitində olan Yəmən vətədnaşlarına yardımları artırmalarını istəyib.
ArAnNeWs- BMT-nin Yəməndə humanitar məsələləri üzrə koordinatoru bu ölkədə milyonlarla nəfərin zəruri yardımlara ehtiyaclı olduğunu bildirib.
Cimi Mak Goldrik 14 milyon yəmənlinin zəruri yardıma ehtiyaclı olduğunu bildirərək beynəlxalq dairələrdən müharibə şəraitində olan Yəmən vətədnaşlarına yardımları artırmalarını istəyib.
Goldrik əlavə edib: Ötən ildə Yəmənə yardım edən Iran və Rusiya kimin ölkələr 792 milyon dollar dəyərində yardımlar etmişlər. Lakin BMT bu ölkə vətəndaşlarına yardım üçün 1 milyard 800 milyon dollara ehtiyaclıdır.
Bu arada Beynəlxalq Qida Proqramını regional ofisinin rəhbəri Məhənd Hadi deyib: Yəməndə ərzaq təhlükəsizliyini təmin etmək çox önəmlidir və Yəməndə bir neçə beynəlxalq qurum lazımi yardımları bu ölkənin ehtiyaclılarına çatdırmağa çalışırlar.
Ərəbistanın Yəmənə hücumları nəticəsində 8 mindən çox yəmənli şəhid olub, 16 min nəfər yaralanib və milyonlarla yəmənli də didərgin düşüb.


  • Yazılıb
  • da (də) 2016 Mar 03
  • Göndərən مدير سايت Aran News