Aksiya iştirakçıları Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirib, repressiya siyasətinin durdurulmasını istəyiblər.
ArAnNeWs- Ali-Xəlifə rejiminə bağlı təhlükəsizlik qüvvələri Bəhreyn xalqının sivil etiraz aksiyasını repressiya edib.Bəhreyn vətəndaşları paytaxt Manamada aksiya təşkil edərək, siyasi məhbuslara o cümlədən milli-islami Əl-Vifaq cəmiyyətinin baş katibi Şeyx Əli Salmana azadlıq tələb ediblər.
Aksiya iştirakçıları Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirib, repressiya siyasətinin durdurulmasını istəyiblər.
İnsan haqları təşkilatları Ali-Xəlifə rejiminin Bəhreyn xalqına qarşı zorakılıqlarını qınayaraq, ölkədə siyasi islahatların aparılmasını tələb edirlər.
Bəhreyn 2011-ci ildən Ali-Xəlifə rejiminə qarşı xalq etirazlarının şahididir. Ali-Xəlifə rejimi isə xalqın haqlı tələblərinə cavab olaraq, zorakılıq və repressiya siyasəti yürüdür.