Tarix : 2016 Mar 04
Kod 48098

Hizbullahını terrorçu adlandıran kəslər Livanın təhlükəsizliyini hədəfə alıblar

Livan Hizbullahını terroçu adlandırmaq sionist rejimin cinayətlərinə diqqətsizlik olaraq, regionun təhlükəsizliyi və sabitliyinin xeyrinə deyil.
ArAnNeWs- İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini deyib ki, Livan Hizbullahını terroçu adlandırmaq sionist rejimin cinayətlərinə diqqətsizlik olaraq, regionun təhlükəsizliyi və sabitliyinin xeyrinə deyil.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini Hüseyn Əmirəbdollahiyan Livan Hizbullahının adının Fars Körfəzi Əməkdaşlıq Şurası tərəfindən terrorçu təşkilatlar siyahısına salınmasına reaksiyada əlavə edib: Livan Hizbullahını terrorçu adlandıran kəslər istər-istəməz Livanın birliyi və təhlükəsizliyini hədəfə alıblar.
Əmirəbdollahiyan deyib ki, İran regionda terrorizmlə mübarizənin öncülü və sionist rejimə qarşı müqavimətin ön cəbhəsi kimi Livan Hizbullahı ilə iftixar edir.
İran xarici işlər nazirinin ərəb və Afrika məsələləri üzrə müavini vurğulayıb ki, bütün livanlı qrupların birliyini himayə, eləcə də Livanın təhlükəsizliyi, milli birliyi və sabitliyi İran İslam Respublikasının prinsipial siyasətidir.
Fars Körfəzi Əməkdaşlıq Şurası Livan Hizbullahının adını terrorçu təşkilatlar siyahısına saldı.
Sionist rejim tərəfindən rəğbətlə qarşılanan bu addım müqavimət mehvərinin himayəçisi olan ölkə və qrupların kəskin reaksiyası ilə üzləşibdir.
Belə bir halda, Fars Körfəzi ətrafındakı ərəb ölkələr Ərəbistanın həmkarlığı ilə Yəmənə qarşı hərcəhətli savaşa başlayıb və bu ölkənin infrastrukturlarını dağıdıblar.
Fars Körfəzi Əməkdaşlıq Şurasının sədri iddi edibdir ki, Livan Hizbullahı İraq, Suriya və Yəməndə təhrikedici hərəkətlərə əl atıbdır.
Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ərəbistan, Oman, Qətər və Küveyt Fars Körfəzi Əməkdaşlıq Şurasının altı üzvüdür.


  • Yazılıb
  • da (də) 2016 Mar 04
  • Göndərən مدير سايت Aran News