Tarix : 2016 Mar 04
Kod 48099

Türkiyədə terror aktilari dəvam edir

türkiyədə yeni terror aktiari nəticəsində ən azı 2 polis ölub və 35 nəfər yaralanib.
ArAnNeWs- Türkiyənin cənub-şərqində bomba quraşdırılmış avtomobilin partladılması və raket hücumu ən azı 2 polisin ölməsi və 35 nəfərin yaralanması ilə nəticələnib.
bu partlayış və raket hücumu ötən gecə Türkiyənin Suriya ilə sərhəd yaxınlığında Mardin vilayətinin Nəsibin şəhərində baş verib.
İndiyə qədər bu hücumlar barədə əlavə məlumat verilməyib.
Türkiyənin şərq və cənub-şərq kürdsakinli bölgələri təxminən 7 aydır ki, Türkiyə dövlət qüvvələri ilə PKK üzvləri arasında qanlı toqquşmaların şahididir.
Bu müddətdə qarşıdurmalara görə, qeyd olunan bölgələrin təxminən 250 min sakini öz evini və yaşadığı ərazini tərk etmiş və bu bölgələrdə məktəblilər təhsili itirmişlər.


  • Yazılıb
  • da (də) 2016 Mar 04
  • Göndərən مدير سايت Aran News