Tarix : 2016 Mar 05
Kod 48101

Tale Bağırovun həbs ilə bağlı təqdimat verilib

Baş prokurorluq, Tale Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verib.
AranNews- Baş prokurorun müavini Rüstəm Usubov həbsdə olan Tale Bağırovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimat verib.
Bu barədə T. Bağırovun vəkili Cavad Cavadlı bildirib. Məlumata görə, T. Bağırovun həbs müddətinin uzadılması məsələsinə martın 7-də Nəsimi rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, T. Bağırov ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıb. Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
  • Yazılıb
  • da (də) 2016 Mar 05
  • Göndərən مدير سايت Aran News