Tarix : 2016 Mar 05
Kod 48103

sionist rejiminin anti-islam hərəkətləri dəvam edir

sionist rejimi işğal edilmiş Fələstini ərazilərində məscidlərdən azan verilməsini qadağan etmək niyyətindədir.
ArAnNeWs- Sionist rejimin işğal olunmuş Fələstində məscidlərdən azan verilməsinə qadağa qoymaq istədiyi bildirilir.
Sionist rejiminin Nazirlər Kabineti qarşıdan gələn həftələr ərzində bir qanun layihəsi qəbul edərək, 1948-ci ildə işğal edilmiş Fələstini ərazilərində məscidlərdən azan verilməsini qadağan etmək niyyətindədir.
sionist rejimi 2015-ci ildə Qərb Sahilində, əl-Xəlildə yerləşən İbrahim məscidindən azan verilməsinə 600 dəfə mane olub.
Sionist işğalçılar həmçinin, dəfələrlə fələstinlilərin dini əməllərin yerinə yetirilməsi üçün məscidlərə getməsinə mane olublar.
Qondarma sionist rejiminin təsis edilməsindən bəri sionist qəsəbə sakinləri və sionist rejimi ordusu davamlı olaraq Fələstinlilərin yaşadığı ərazilərə hücum edirlər. İndiyə kimi bu hücumlardan 1000-dən artıq məscid dağıdılıb və yandırılıb.


  • Yazılıb
  • da (də) 2016 Mar 05
  • Göndərən مدير سايت Aran News