AranNews- Nardaran hadisələri ilə bağlı saxlanılan Nahid Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə vəkil Bəxtiyar Hacıyev məlumat verib. O, bildirib ki, Nəsimi rayon Məhkəməsi N. Qəhrəmanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin iyulun 3-dək uzadılması barədə qərar qəbul edib. B. Hacıyev bildirib ki, məhkəmə prosesi zamanı hər hansı sübut təqdim edilməyib.
B. Hacıyevin sözlərinə görə, N. Qəhrəmanov Nardaran hadisələrindən iki gün sonra saxlanılıb, özünü günahkar hesab etmir.
B. Hacıyev Nardaran Hadisələri ilə bağlı saxlanılan daha bir neçə nəfərin də həbs müddətinin uzadıldığını deyib.
Qeyd edək ki, Nardaranda baş vermiş hadisələr zamanı 68 nəfərin saxlanıldığı bildirilir.
Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində və ətrafında 15 nöqtədə 45 videomüşahidə kamerası quraşdırılıb.
bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qəsəbə ərazisində 3 nöqtədə nömrətanıma sistemi olmaqla, ümumilikdə 18 nöqtədə 51 videomüşahidə kamerası quraşdırılıb.