«Washington Times» qəzetinin müxbiri Hikmət Hacızadə deyib ki, Ermənistanla Azərbaycanın probleminin həlli tək Dağlıq Qarabağ mövzusu ilə bağlı deyil.
AranNews- Dağlıq Qarabağ mövzusunun həlli ilə bağlı ciddi şans yaranıb. Bunu «Washington Times» qəzetinin müxbiri yazır. Belə ki, məqalədə qeyd edilib ki, martın 31-də Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi üzrə növbəti sammit ABŞ prezidenti Barak Obamaya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nadir imkan qazandıracaq: “Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın iştirakı, ABŞ prezidenti Barak Obama üçün Sovet imperiyasının süqutundan sonra qalan ən problemli məsələlərdən birini həll etməkdə aparıcı rola sahib olmaq baxımından nadir tarixi an qazandıracaq”.
Politoloq, Hikmət Hacızadə deyib ki, gərək mütləq Rusiya ilə danışılsın və müzakirə onunla aparılsın: "Mən bu fikirlə razı deyiləm.
“Washington Times”ın jurnalist-təhlilçiləri çox yuxarı pafosla danışıb. Ermənistanla Azərbaycanın probleminin həlli tək Dağlıq Qarabağ mövzusu ilə bağlı deyil. Bu iki dövlətin barışması ABŞ-la Rusiyanın barışmasından keçir. Rusiya ilə münasibətlərin necəliyi Dağlıq Qarabağ probleminin həllinə gətirə bilər. Ya Rusiya ilə ABŞ ümumi razılığa gəlməlidir, ya da Rusiya tam olaraq yerinə oturdulmalıdır. Bu hallarda münaqişənin həlli ilə bağlı şans var.
Əks halda bu cür danışıqlar problemin həllində ciddi rol oynaya bilməz. Vaşinqtonda nələrinsə təklif olunacağı və müəyyən ümumi maraqlara uyğun ola bilər kimi fikirlərin səsləndirilməsi boş məsələlərdir. Çünki, müharibəni Rusiya aparır. Gərək mütləq Rusiya ilə danışlsın və müzakirə onunla aparılsın. Amma bu gün qeyd edilən danışıqlarla bağlı heç bir şey yoxdur. Bu baxımdan yaxın gələcəkdə Dağlıq Qarabağ mövzusunun həlli gündəmə gələ bilməz. Bu gün əsas mövzu Rusiya ilə Qərb mövzusudur. Nə vaxt böyük mövzularda ümumi razılıq əldə ediləcək, onda Dağlıq Qarabağ mövzusu da həll ediləcək".