«Zaman» qəzeti Türkiyədə Fətullah Gülən icmasına (nurçular) məxsus olan ən məşhur mətbuat orqanıdır.
AranNews- Türkiyənin İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cümhuriyyət Baş Prokurorluğunun tələbi əsasında "Zaman" qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul edib.
məhkəmənin təyin etdiyi qəyyumlar qəzetin idarəetməsini təhvil almaq üçün polislərin müşayiəti ilə "Zaman"ın redaksiyasına gediblər. Qəzetin ingilisdilli versiyası olan "Today's Zaman"ın baş redaktoru Sevgi Akarçeşmə "bəlkə bu gün son nömrəmizi çıxaracağız", - deyib.
Xatırladaq ki, "Zaman" qəzeti Türkiyədə Fətullah Gülən icmasına (nurçular) məxsus olan ən məşhur mətbuat orqanıdır. Bundan əvvəl nurçulara məxsus "Bugün" və digər qəzetlər də aparılan istintaq çərçivəsində dövlət tərəfindən Gülən icmasının əlindən alınıb. Hələlik STV (Samanyolu) telekanalı nurçuların əlində qalmaqda davam edir.