Tarix : 2016 Mar 05
Kod 48110

Azərbaycan və Türkiyə birgə hərbi təlimlər keçirəcək

Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı - 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.
AranNews- Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri martın 7-dən 25-ə kimi "TURAZ Şahini-2016 " adı altında hərbi təlimlərə başlayacaq.
bu barədə Türkiyə Silahlı Qüvvələrinin rəsmi saytı məlumat verir.
Məlumata əsasən, hərbi hava qüvvələrinin birgə təlimi Türkiyənin Konya vilayətində keçiriləcək.
Keçən il avqustun 22-dən sentyabrın 18-ə kimi Azərbaycan və Türkiyənin hərbi hava qüvvələri “TurAz Qartalı - 2015” adı altında ortaq hərbi təlimlər keçiriblər.
  • Yazılıb
  • da (də) 2016 Mar 05
  • Göndərən مدير سايت Aran News