Ərəbistanın təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan Əvamiyyə şəhər sakini şiə gənc işgəncə nəticəsində şəhid olub.
ArAnNeWs- Ərəbistanın şərqində Qətif bölgəsində bir şiə gəncin Əvamiyyə şəhər polis şöbəsində şəhid ölduği bildirilir.
Səfəvi bölgəsində Ərəbistanın təhlükəsizlik qüvvələri tərəfindən oğurlanan Əvamiyyə şəhər sakini şiə gəncə Məkki əl-Əriz cmüə günü səudiyyəli təhlükəsizlik qüvvələrinin işgəncəsi nəticəsində şəhid olub.
Səudiyyəli təhlükəsizlik qüvvələri 6 ay öncə bu gənci Qətif vilayətində bir hərbi bölgədə şəkil çəkmək ittihamı ilə həbs etmiş və naməlum məkana aparmışdılar.
Şiə sakinli Əvamiyyə bölgəsinin sakinləri Ər-Riyadın bu ölkənin azlıq təşkil edən şiələrə qarşı repressiv siyasətlərindən qəzəblidirlər və Ərəbistanda siyasi islahatların aparılması və ayrı-seçkiliyə son qoyulmasını tələb edirlər.
Bu etirazların repressiyası dövründə indiyə qədər bir neçə nəfər şəhid olmuş və onlarla nəfər də yaralanmış və həbs olunmuşdur.