Ayətullah Şəbüstəri deyib: "Əksəriyyəti şiə olan Azərbaycan xalqına öz dini vəzifələrini yerinə yetirmək üçün azadlıq verilməlidir və onlar incidilməməlidir".
AranNews- Ayətullah Şəbüstəri Təbrizin cümə namazı xütbələrində İlham Əliyevin İrana səfərinə toxunaraq deyib: "İnqilabın Böyük Rəhbəri xalqın hüquqlarına riayət etmək barədə İlham Əliyevə bir sıra nəsihətlər etdi. Əksəriyyəti şiə olan Azərbaycan xalqına öz dini vəzifələrini yerinə yetirmək üçün azadlıq verilməlidir və onlar incidilməməlidir".
Təbrizin imam cüməsi bundan sonra Azərbaycan və Nardarandan xoş xəbərlər eşidiləcəyinə, müsəlmanların vəhdətinin pozulmayacağına və şiələrin sıxışdırılmayacağına ümuidvar olduğunu bildirib.