Azərbaycan dövləti başa düşməlidir ki, onun çətin günündə Rusiya, Amerika, İsrail deyil, yalnız İran köməyinə tələsəcək.
AranNews- Ərdəbilin imam cüməsi bu həftənin cümə namazında deyib: Azərbaycanın məsləhəti odur ki, həqiqətləri qəbul etsin, İranın həqiqi simasını öz xalqına göstərsin. Bu proqram çərçivəsində Ali Məqamlı Rəhbərin İlham Əliyevə tövsiyələri Azərbaycanın izzət, iqtidar, istiqlal və müqavimət rəmzidir".
İmam cümə xütbələrinin davamında regionda baş verən hadisələrə işarə edib və sionist rejimin məntəqədə dinc münasibətləri pozmağa cəhd etməsindən danışaraq deyib: "Sionist rejim məntəqə xalqları və məzhəblər arasında təfriqə yaratmağa cəhd edir".
Həzrət Ayətullah Amili deyib: "Bizim qonşu ölkədə bir din alimi "Müsəlman Birliyi Hərəkatı" təşkil etməklə dinc siyasi fəaliyyətlərlə şiə və sünni arasında vəhdət yaratmaq istəyirdi. Lakin, sərt təzyiqlə üzləşdi. Nardaran hadisələri kimi hadisələr, bəhanədən başqa bir şey deyil və bunlar hamısı sionist rejimin sifarişlərini icra etmək proqramı çərçivəsində baş verir".
Vəliyyi-Fəqihin nümayəndəsi ölkədə keçirilmiş seçkilərə və seçilən fərd və qrupların tərkibinə də işarə edərək, onu ciddi rəqabət, əsil demokratiya və bütün ölkələr üçün bir örnək adlandırıb. O əlavə edib: "Bizim seçkilərimiz formal xarakter daşımır, yaxud da qabaqcadan hazırlanmış deyil. Onun nəticələrini də qabaqcadan proqnoz vermək olmur. Bütün belə səhnələrdə bizim xalqımızın sözü yekun sözdür. Bu da İslam İnqilabının İran xalqına bəxş etdiyi ən böyük əzəmətdir".
Azərbaycan Respublikasının prezidentinin İran İslam Respublikasına səfərini təhlil edən imam cümə deyib: "Bu səfər Azərbaycanın iqtisadi və siyasi baxımdan ən böhranlı bir durumunda baş tutmuşdur. Azərbaycan başa düşməlidir ki, onun çətin günündə Rusiya, Amerika, İsrail deyil, yalnız İran köməyinə tələsəcək".
Ayətullah Amili Azərbaycanda ağır iqtisadi və məişət durumuna toxunaraq deyib: "Bu böhranlı vəziyyətdə hər an xoşagəlməz hadisələr yaşana bilər. Təkcə İran azəriləri həmişə Azərbaycan əhalisinin qayğısını çəkir".
O çıxışının davamında deyib: "İndi görürük ki, Azərbaycanın televiziya kanalları İranı bərk dəstəkləyir və onu tərif edirlər. Bəzən İran əleyhinə danışmış azəri kanallarının indi İranı dəstəkləyən proqramları və qabaqkı çıxışları ilə zidd sözləri xalqda çaşqınlıq yaratmışdır və əhali İranın həqiqi simasınının hansı olduğunu ayırd edə bilmir".
Həzrət Ayətullah Amili Azərbaycan hökumətini həqiqəti qəbul etməyə dəvət edərək deyib: "Azərbaycanın məsləhəti odur ki, həqiqətləri qəbul etsin, İranın həqiqi simasını öz xalqına göstərsin. Bu proqram çərçivəsində Ali Məqamlı Rəhbərin İlham Əliyevə tövsiyələri Azərbaycanın izzət, iqtidar, istiqlal, sabitlik və müqavimət rəmzidir".