Vəliyyi-Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi Ali Məqamlı Rəhbərin Azərbaycan dövlətinin rəsmilərinə şiələr üçün daha geniş şərait yaradılması barədə tövsiyəsindən danışıb.
AranNews- Vəliyyi-Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi və Urmiya şəhərinin imam cüməsi Ayətullah Qureyşi bu həftəki cümə namazının xütbələrində Azərbaycan Resapublikasının dünyanın ikinci böyük şiə ölkəsi olmasına və onun xalqının imanlı, dinə bağlı və Əhli-beytə (ə) sevgi bəsləməsindən söz açaraq deyib: "Son günlərdə başda prezident olmaqla Azərbaycan Respublikasından İrana səfər etmiş yüksək səviyyəli rəsmi heyət Ali Məqamlı Rəhbərlə görüşdü. İnqilabın Böyük Rəhbəri bu görüşdə çox önəmli məsələlərdən danışdı və bildirdi ki, Azərbaycan şiə ölkəsidir və onun hakimiyyəti şiələrin əlindədir. Azərbaycanın hörmətli dövlət rəhbərləri və məsulları şiələr üçün daha geniş şərait yaratmalı, dini məsələlərə və mərasimlərə, xüsusilə də Aşura və İmam Hüseynin (ə) qiyamına əhəmiyyət verməlidirlər. Əhli-beytin (ə) inayəti ölkənizə şamil olmuşdur və xalq hökuməti dəstəkləyir. Dövlətin xalq dəstəyinə ehtiyacı vardır. Əgər xalq dəstək verməsə, hakimlərin hökuməti sarsılar".
Vəliyyi-Fəqihin Qərbi Azərbaycan üzrə nümayəndəsi bildirib: "Ümidvarıq ki, inşallah, dost və qonşu Azərbayacan ölkəsinin rəhbərləri Ali Məqamlı Rəhbərin tövsiyələrinə daha artıq diqqət edəcək və bu iki xalq arasında səmimiyyət və qardaşlıq daha da genişlənəcək".