Tarix : 2016 Mar 06
Kod 48115

Davudoğlu, İrana ikigünlük səfərə gəlib

Martın 5-də Türkiyənin baş naziri Əhməd Davudoglu İran prezidenti Həsən Ruhani ilə görüşüb.


AranNews-
Türkiyənin baş naziri Əhməd Davudoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti İranın paytaxtı Tehrana ikigünlük səfərə gəlib.

nümayəndə heyətinin tərkibində iqtisadiyyat naziri, gömrük və ticarət naziri, energetika və təbii ehtiyatlar, həmçinin nəqliyyat, dənizçilik və rabitə nazirləri təmsil olunublar.    
Türkiyənin  baş naziri İranın birinci vitse-prezidenti Eshaq Cahangiri, XİN rəhbəri Məhəmməd Cavad Zəriflə ilə danışıqlar aparacaq və sonda İran prezidenti Həsən Ruhani tərəfindən qəbul ediləcək. Görüşdə ikitərəfli münasibətlər, regionun preoblemləri və Ankara-Tehran arasında ticari-iqtisadi əlaqələr müzakirə ediləcəyi gözlənilir.
Qeyd etmək lazimdir ki, mətbuat üçün qapalı rejimdə baş tutan görüş 1 saat 45 dəqiqə davam edib.
Məlumata əsaəsən, görüşdə regional təhlükəsizlik məsələləri və ikitərəfli əlaqələrin inkişafı müzakirə edilib.
  • Yazılıb
  • da (də) 2016 Mar 06
  • Göndərən مدير سايت Aran News