Tarix : 2016 Mar 06
Kod 48117

Ali-Xəlifə rejimi başçilarinin anti-şiə hərəkətləri dəvam edir

Raşid ibn Abdullah Ali-Xəlifə - Bəhreynin daxili işlər naziri şiələri təhqir etdi.
ArAnNeWs- Raşid ibn Abdullah Ali-Xəlifə - Bəhreynin daxili işlər naziri, həftənin 3-cü günü "Livan Müqavimət Hərəkatı"nı (Hizbullah) terrorçu adlandırmaq üçün Tunisdə topnalmış Ərəb ölkələri daxili işlər nazirlərinin toplantısında çıxış edərkən şiə məzhəbinə və şiələrə qarşı aşağılayıcı sölzər işlədib.
 Bəhreyn daxili işlər naziri Radiş Bin Abdullah Ali-Xəlifə şiələrə qarşı təhqiramiz açıqlamasında deyib: Bu cəmiyyəti istənilən saxta məzhəb və məzhəbi bidət inancından qoruyacağıq.
Bəhreynin daxili ilşlər naziri şiələrin bu ölkədə əhalinin əksəriyyətini təşkil etməsinə baxmayaraq onları "xaricilərin qulu" və "saxta məzhəbin" davamçıları sözü ilə təhqir edib.
Raşid Ali-Xəlifə deyib ki, biz heç bir ölkənin daxili işinə qarışmırıq və başqalarına da bu icazəni verməyəcəyik.
O, İranın ərəb dövlətlərinin daxili işlərəinə qarşıdığını da iddi edib. 
Səudiyyəli işğalçı qüvvələrin Bəhreyn xalq qiyamını yatırmaq üçün bu ölkəyə daxil olduğu zamandan, Ali-Xəlifə rejimi Əhli-Beyt (ə) davamçıları ilə davranmada səudiyyəli hakimlərin metodunu, eləcə də onlara güclü dini məhdudiyyətlər tətbiq edir. Həmçinin şiələrin 40 məscid və hüseyniyyəsini dağıtmışdır.
Bəhreyn 2011-ci il 14 fevaldan Ali-Xəlifəyə qarşı xalq inqilabının şahididir. Və vətəndaşlar azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş hökumətin iqtidara gəlməsini tələb edirlər.

  • Yazılıb
  • da (də) 2016 Mar 06
  • Göndərən مدير سايت Aran News