Tarix : 2016 Mar 06
Kod 48119

Bəhreyli qadinlar ali-xəlifə rejiminin cinayətlərinə etiraz ediblər

Bəhreynin azadə qadınları aclıq aksiyası keçirən siyasi məhbuslarla həmrəyliyi elan etmək üçün bir araya gələrək Ali-Xəlifə rejiminin muzdluları tərəfindən siyasi məhbusların fiziki və ruhi işgəncə edilməsini pisləyiblər.
ArAnNeWs- Bəhreynli qadınlar siyasi məhbuslarla həmrəyliyi elan etmək məqsədilə onuncu gün davamlı olaraq etiraz toplantısında iştirak ediblər.
Bəhreynin azadə qadınları Manamanın cənubunda Məamir şəhərciyində aclıq aksiyası keçirən siyasi məhbuslarla həmrəyliyi elan etmək üçün bir araya gələrək Ali-Xəlifə rejiminin muzdluları tərəfindən siyasi məhbusların fiziki və ruhi işgəncə edilməsini pisləyiblər.
Bəhreyndən əldə olunan digər məlumata görə, 14 Fevral İnqilab Gəncləri Koalisiyasının üzvləri Ali-Xəlifə rejimi həbsxanalarından azad olunan siyasi məhbusların müqavimətini əzizləmək məqsədilə bu məhbuslara azadlıq nişanı hədiyyə ediblər.
14 Fevral İnqilab Gəncləri Koalisiyasının üzvləri həmçinin Ali-Xəlifə rejiminin həbsxanalarında əsir qadın və kişilərin hamısının azad olunmasını vurğulayıblar.


  • Yazılıb
  • da (də) 2016 Mar 06
  • Göndərən مدير سايت Aran News