Tarix : 2016 Mar 06
Kod 48120

Livan Müqavimət Hərəkatınə dəstək

Hizbullahı terror təşkilatı adlandıranlar ərəb və yaxud müsəlman deyillər və vəhhabi ideologiyasını ixrac edən və normallaşdırma və saziş üçün əyləncə bazarı yaradan ölkənin Hizbullahın şərafətli mübarizləri üçün belə adı qoymaq haqqı yoxdur.
ArAnNeWs- Almaniya Xarici İşlər Nazirliyi sözçüsünün müavini Sason Şibli həftəlik mətbuat konfransında deyib: Berlin Livanda vəziyyəti gərginləşdirəcək belə hərəkətlərə heç maraqlı deyil.
O xatırladıb: Hazırkı zamanda Livan bəzisinin daxili cəhəti olan bir sıra siyasi böhranlarla üzləşib. Buna görə, biz bu ölkənin stabilliyinə mənfi təsir göstərə biləcək hərəkətlərə müxalifik.
Ərəb və islam ölkələrində partiya və qruplar da Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahını terrorçu adlandırmasını pisləyiblər.
Fələstin İslami Cihad Hərəkatı cümə günü bir bəyanatda Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahını terrorçu adlandırmasını pisləyib və bu hərəkəti gərginlik yaradan hərəkət adlandırıb. Belə ki, bu hərəkət Livan və region ölkələrinin təhlükəsizlik və stabilliyini hədələyir.
Həmçinin Fələstin Azadlığı Uğrunda Xalq Cəbhəsi bildirib: Hizbullahı terror təşkilatı adlandıranlar ərəb və yaxud müsəlman deyillər və vəhhabi ideologiyasını ixrac edən və normallaşdırma və saziş üçün əyləncə bazarı yaradan ölkənin Hizbullahın şərafətli mübarizləri üçün belə adı qoymaq haqqı yoxdur.
Livan Müsəlman Alimlər Birliyi də bu ölkə hökumətindən Fars Körfəzi Əməkdaşlıq Şurasının qərarı qarşısında münasib ölçülər götürməsini istəyib.
Livanın Əl-Ammə Hərəkatı da Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ərəb ölkələriin Hizbullaha qarşı mövqeyini pisləyib və bildirib: Bu hərəkat öz müqaviməti ilə düşmən sionistə məğlubiyyəti dadızdırmışdır.
Fələstinin əl-Şüəb partiyası da bir bəyanatda Fars Körfəzi Əməkdaşlıq Şurası və Ərəb Liqasından Hizbullahı terrorçu adlandırmaq yerinə sionist rejimi pisləməsini istəyib.
Əl-Şüəb partiyası əlavə edib: Bu qərar sionist işğalçıları ilə mübarizə və bu rejimin ərəblərə qarşı ekspansionist hərəkətləri ilə qarşılaşmada ərəb xalqlarının potensialını zəiflədəcək.
İşğalçılığa qarşı Yeniyetmələr və Gənclər Birliyi də bir bəyanat verərək Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahının terrorçu təşkilatlar siyahısına salmasını pisləyərək bu hərəkəti sionist rejim və müttəfiqlərinin mənafeyinə xidmət istiqamətində qiymətləndirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Sadiq Hüseyn Cabiri Ənsari də cümə axşamı günü Fars Körfəzi Əməkdaşlıq Şurasının Livan Hizbullahını terrorçu adlandırmasını pisləyib.
İraqın Ali İslam Məclisi və Bəhreynin 14 Fevral İnqilab qrupları da ərəb ölkələrinin bu hərəkətini pisləyiblər.
Fars Körfəzi Əməkdaşlıq Şurası çərşənbə günü düşmənçilik xarakterli bəyanatında Livan Hizbullahını terror qruplaşmaları siyahısına salıb.


  • Yazılıb
  • da (də) 2016 Mar 06
  • Göndərən مدير سايت Aran News