Suriya böhranı digər böhranlarla fərqlənir. Çünki çoxlu əzab-əziyyətə qatlaşan və həlak olanlar sivillərdir.
ArAnNeWs- Türkiyə sərhədlərində çaş-baş qalan yüz minlərlə didərgin təhlükəli vəziyyətin davam etməsinə görə hələ də öz evlərinə qayıtmayıb.
Sərhədsiz Həkimlər Təşkilatının direktoru Xuan Leo deyib: Suriyada zorakılıq səviyyəsi azalıb və hava hücumları və atəşkər zəifləyib. Lakin hələ də qarşıdurmalar tam şəkildə dayanmayıb.
O əlavə edib: İdlib və Hələb vilayətlərindən sərhədə doğru suriyalıların axını diqqəti cəlb edəcək dərəcədə azalıb.
Regional səfər çərçivəsində Beyrutda olan Xuan Leo deyib: Lakin sərhəddə olan 100 min nəfər, o cümlədən son həftələrdə didərgin düşən 50 min nəfər hələ də öz evlərinə qayıtmağa başlamayıb. Çünki vəziyyəti çox təhlükəli hesab edirlər.
Leo əlavə edib: Suriya böhranı digər böhranlarla fərqlənir. Çünki çoxlu əzab-əziyyətə qatlaşan və həlak olanlar sivillərdir.
Sərhədsiz Həkimlər Təşkilatının direktoru deyib: Suriya böhranı ən ciddi insan və tibb böhranıdır və bu ölkədə işləmək bir problem və çox çətindir.