İran və Azərbaycan Respublikası arasında unikal mahiyyət və xüsusiyyətlər vardır.
ArAnNeWs- Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Tehrana səfəri nüvə razılaşması və sanksiyaların aradan qalxmasından sonraya təsadüf edən və İranın böyük güclərlə nüvə razılaşmasından faydalanmaq istəyən xarici rəhbərlər səfəri sırasında olduğu üçün xüsusi əhəmiyyət və mülahizələr kəsb edir. Xüsusilə də İran və Azərbaycan Respublikası arasında unikal mahiyyət və xüsusiyyətlər vardır. Ola bilər ki, İranın digər ölkələrlə münasibətlərində belə oxşar münasibətlər olmasın. Birgə keçmiş və tarix, hisslər, tərzi-təfəkkür, yaşayış tərzi, adət-ənənələr, birgə ortaq məzhəb bu unikal xüsusiyyətlərdəndir. Bu özəlliklər İranın digər qonşu ölkələrlə arasında yoxdur. Hətta, İraq və Əfqanıstanla da Azərbaycanla olduğu qədər deyil. Çünki Azərbaycan Respublikası 1828-ci il fevral ayının sonlarında bağlanan rüsvayçı Gülüstan və Türkmənçay müqavilələrinə qədər İranın bir hissəsi olmuşdur. Bu siyasi ayrılıqdan 200 il ötməsinə baxmayaraq hələ də iki ölkə xalqları arasında bağlılıq hisləri vardır. Bu üzdən İran və Azərbaycan Respublikası arasında münasibətlər məhz dünyada adət olan iki ölkə arasındakı siyasi və diplomatik münasibətlər çərçivəsində təhlil olunmur. Ona görə də bu iki ölkə arasındakı münasibətləri rəsmi və qeyri-rəsmi səviyyələrdə analiz etmək lazımdır. Azərbaycan Respublikasının bu ölkə üçün xüsusi kimlik tərif edən dərslik kitablarının, KİV-in və digər mədəniyyət vasitələrinin durumu şiə və iranlı kimlikdən qeyri bir kimlikdir və həqiqətdə kommunist rejiminin tərif etdiyi kimliyin mirasıdır. Wikileaks saytı tərəfindən ifşa olunan 2010-cu il fevralın 25-də İ. Əliyevin ABŞ Xarici İşlər nazirinin müavini Vilyam Boronzla məxfi danışığı göstərir ki, Bakı Tehranla münasibətlərini iki səviyyədə ortaya qoyur. Bu görüşdə Vilyam Boronz Amerikanın və BMT-nin İran əleyhinə sanksiyaları və nüvə proqramına qarşı hərəkətləri barədə açıqlama verdikdən sonra İ. Əliyev tam məxfi olaraq cavab verir ki, Azərbaycanın İranla münasibətləri zahirdə adi görünsə də onun mahiyyəti zahiri ilə çox fərqlidir. İ. Əliyev təkid edir ki, Almaniyanın kansleri A. Merkel onu İrana qarşı sanksiyaların icrasında onunla əməkdaşlıq etməsinə razı salmağa cəhd edib. Daha sonra prezident vurğulayır ki, lakin bu cəhdlərə ehtiyac yoxdur və o, İranın iqtisadiyyatını təcrid etməyi dəstəkləyir və belə inanır ki, dünya ölkələri birgə əməkdaşlıq etsələr, İrana qarşı sanksiyalar təsirli nəticələr verəcək. İ. Əliyev öz səviyyəsindən bir az da irəli gedərək Avropa ölkələri şirkətlərinin özlərinin sanksiyalara məhəl qoymamalarından gileylənir və Avropanın enerji şirkətlərinin bir çoxunun İranda işləməsindən şikayətlənərək deyir: “Statoil, İranı bizdən daha çox dəstəkləyir”. Amma bu reallıqların əksinə olaraq Bakı və Tehran rəsmiləri həmişə zahirə təkid edərək, əsası qərbin İrana qarşı sanksiyalarında Azərbaycan ölkəsinin iştirak etməməsi üzərinə qoyublar. Hal-hazırda da Bakının sanksiyalarda iştirak etməməsi, İranla iqtisadi münasibətlər yaratması üzərində Azərbaycana önəm veriblər.
İlham Əliyevin Tehrana səfərinin rəsmi yönümdən təhlili
Rəsmi baxımdan bu səfər iqtisadi-ticari və diplomatik-siyasi cəhətdən əhəmiyyətlidir. Çünki bu səfərdə İran və Azərbaycan Respublikası dövlətləri nisbətən çox önəmli iqtisadi və ticari sənədlər imzaladılar. Digər mühüm sənədlər isə energetika mübadiləsi və İran-Azərbaycan dəmir yollarının birləşdirilməsi ilə bağlıdır. İki ölkənin dəmir yollarının birləşdirilməsi köhnə layihələrdəndir və formalaşdığı vaxtdan izlənməkdədir. Bu layihə şimal-cənub tranzit dəhlizi çərçivəsində qərar tutub və onun gerçəkləşəcəyi surətdə yüklərin Hind və Asiya qitələrindən Rusiya və Avropaya nəqlinin uzun yolu çox qısalacaq, rahatlaşacaq və daha sərfəli olacaq. Bu yolun rövnəqləndiyi surətdə İran, Azərbaycan Respublikası və onların digər şəriklərinin milyardlarla dollar qazanacağı təxmin edilir. İqtisadi baxımdan, xüsusilə də Azərbaycan Respublikası neft sahəsindən gələn gəlirinin bərk azaldığı bir dövrdə itirdiyi gəlirin bir hissəsini tranzit rolu oynamaqda, turizm və ticarət sahəsini genişləndirməklə qaytarmaqda görür. Bu da İranla əməkdaşlıq etmədən mümkün deyil.
Bu iqtisadi əhəmiyyətlə yanaşı Azərbaycan Respublikası prezidentinin sanksiyalardan sonrakı dövrdə İranla dostluq elan etmək məqsədilə Tehrana səfəri etməsi hər iki ölkə üçün siyasi və diplomatik əhəmiyyət daşıya bilər. Çünki İran-Azərbaycan münasibətləri ötən onillikdə daim eniş-yoxuşlu olmuşdur, hətta iki ölkə başçılarının Tehran və Bakıya səfərləri də tamamilə rəsmi xarakter daşımış, iki ölkə arasındakı problemləri həll etməkdə uğurlu olmamışdır. Əlbəttə, bu xüsusiyyət İ. Əliyevin Tehrana hazırkı səfərində də mövcuddur. Siyasi baxımdan Azərbaycan Respublikası başçıları İranla münasibətləri Bakının qərblə münasibətlərinin tabeliyinə bağlasalar da bir növ İranla münasibətləri Azərbaycan Respublikasının bu ölkənin işlərinə müdaxilə edən güclər qarşısında rəsmi müstəqilliyini göstərmək üçün sınaq və məhək daşı hesab olundu. O cümlədən İran əleyhinə sanksiyaların icra olunduğu dövrdə Bakı özünü bu sanksiyalara riayət etməyə bağlı bilsə də diplomatik əlaqələri, gediş-gəlişləri, İranın qonşuluq haqqını sözdə dəstəkəkləmək, İrana qarşı hər hansı hərbi hücumla müxalif olmaq kimi dəstəklər ilə Bakı, Amerika və sionist rejiminin İranın nüvə proqramı qarşısında müxalif mövqei və İran əleyhinə müharibə təbili səsləndirmələri müqabilində öz haqqını və müstəqilliyini göstərmək hesab edirdi. Bu da Amerika, sionist rejim və digər güclərin Bakı dövlətinə müdaxilələrini bir növ inkar etmək və gizlətmək üçün təbliğat, kimlik, Azərbaycan Respublikasının suverenliyinə təkid sayıldığından böyük əhəmiyyət kəsb edirdi və Tehran da bunu alqışlayırdı.
Siyasi aspektdən hazırkı dövrdə İ. Əliyevin Tehrana səfəri ona görə əhəmiyyət daşıyır ki, Azərbaycan Respublikasının prezidenti dövlətlə xalq arasında, xüsusilə də dindar kəsimlə yaranmış boşluğu –dini kəsim ötən iyirmi ildə daim böyümək və mühümləşmə ilə yanaşı olmuşdur– İranla yaxşı münasibətlər qurmaqla həll etməyə, yaxud ən azından onun mənfi təsirlərini azaltmağa cəhd edir. Azərbaycan Respublikasına hakim siyasət, əsasən də son iyirmi ildə mədəniyyət və din sahəsində izlənilən siyasət bu ölkə xalqının əksəriyyətinin istəyinin tamamilə əksinə olmuşdur. Müşahidələr göstərir ki, Azərbaycanda şiə məzhəbini dirçəltmək istəyən dindar və islamçılar camiənin əsas hissəsini təşkil edir və çoxluqdadır. Dövlət səviyyəsində qərb mədəniyyətinə yaxınlaşma onun müxtəlif istiqamət və proqramları ilə izlənir. Bu da dövlətlə xalq arasında mühüm ziddiyyətlər yaratmışdır. Hətta, 2016-cı ilin “multikulturalizm ili” adlandırılması da bu ziddiyyəti aradan qaldıra bilməmişdir. Ona görə də Azərbaycan dövləti İslam dünyasının rəsmi təşkilatlarında iştirak və müsəlman ölkələri, əsasən də İranla münasibətlər yaratmaqla özünün mədəniyyət siyasətləri ilə şiə camiəsi arasnda yaranmış ziddiyyəti həll etmək, ya ən azından üstünü örtmək istəyir.
İlham Əliyevin səfərinin qeyri-rəsmi yönümdən təhlili
Azərbaycan Respublikasının prezidentinin İrana rəsmi səfəri ilə yanaşı səfərin qeyri-rəsmi və ictimai aspektləri də özünü göstərməkdədir. Ötən illərdə Azərbaycan xalqının İran dövlətindən gözlənti və istəklərindən biri də İrana səfər etmək üçün viza rejiminin ləğvi idi. İran İslam Respublikası bu istəyə müsbət cavab vermişdir və artıq neçə ildir ki, qardaş Azərbaycan xalqı ziyarət, səyahət, müalicə, qohumlarla görüş məqsədilə fərdi və ailəvi formada İrana vizasız səfər edə bilir. Eyni istəyi İran xalqı da Azərbaycan dövlətindən gözləyir. Lakin Bakı dövləti özünəməxsus səbəblərdən İran vətəndaşları üçün vizanı ləğv etməkdən boyun qaçırır. İran və Azərbaycan ölkələrinə hakim olmuş yeni durumda ikitərəfli inam və güvəncin yaranması istiqamətində Bakı dövləti İran vətəndaşları üçün viza rejimini ləğv etsin. Bakının məntəqədə terrorizmin mənbəyi sayılan və onlara qarşı daha möhkəm təhlükəsizlik tədbirləri görməli olduğu israillilər və Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt kimi ərəb ölkələri vətəndaşlarına müxtəlif növ sadələşdirilmiş səfər xidmətləri təqdim etdiyi, Bakının hava limanında onlar üçün viza verdiyi bir halda İran İslam Respublikası vətəndaşları üçün maneələrin qalması və törədilən çətinliklər heç cür izah ediləsi deyil.
İran-Azərbaycan münasibətlərində digər önəmli mülahizə məzhəbi ortaqlıqdır. Hər il yüz minlərlə Azərbaycan əhalisi Məşhəddə həzrət İmam Rzanı (ə), Qumda Fatimeyi Məsuməni (ə), Reydə Əbdül-Əzimi (ə) ziyarət etmək üçün İrana səfər edir. Bu mövzunun özü təklikdə Azərbaycan və İran arasında dini bağlılığın mahiyyətini başa düşmək üçün kifayətdir. Bununla yanaşı diqqət etmək lazımdır ki, islamçılıq prosesinin genişlənməsi, şiə rəftar və yaşayış tərzinin, adət-ənənələrinin dirçəlməsi, təqlid mərcələrinnin müqəllidlərinin sayının artması hər il, daha doğrusu hər ay Azərbaycanda nəzərə çarpacaq həddə müşahidə olunmaqdadır. Hal-hazırda Azərbaycan xalqı tərəfindən hər gün Qum şəhərində məskunlaşmış təqlid mərcələrinə müraciət olunur. Bu ölkənin əhalisinin bir çoxu öz rəftar və hərəkətlərini dövlətin sekular və rəsmi qanunları ilə uyğunlaşdırmazdan öncə dini və məzhəbi qayda-qanunlarla uyğunlaşdırırlar. Bu da dövlət və KİV izahlarını, təbirlərini nəzərə almadan İran və Azərbaycan arasında inkaredilməz reallıq olan mühüm bağlılıq simalarından sayılır. Belə ki, İran və Azərbaycan arasında münasibətlərin tənzimlənməsində bunu nəzərə almamaq mümkün deyil. Ona görə də Azərbaycan dövlətinin öz ölkəsində dindar kəsimə qarşı sıxışdırıcı siyasət və hərəkəti, İran ölkəsi tərəfindən reaksiyasız və təsirsiz qala bilməz. Məsələn, Azərbaycanın dini mərkəzlərindən sayılan Nardaran qəsəbəsi polis və təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldıqda və təqribən bütün dünya bunun qarşısında sükut etdikdə, hətta İranın rəsmi mərkəzləri, o cümlədən İranın Bakıdakı səfirliyi və İran XİN-nin sözçüsü Bakının mənfi münasibətini qazanmaq istəməyən bir mövqe tutduğu bir vaxtda İranın alimləri, təqlid mərcələri, məscidləri və xalqı Qum, Ərdəbil, Təbriz, Urmiya, Tehran və digər şəhərlərdə bu məsələyə etiraz edir, Nardaranda həlak olanlar üçün xətm məclisləri təşkil edir, Nardaran xalqı üçün yaranmış vəziyyətə görə narahatlıq hissi keçirir və onlarla həmrəy olduqlarını bildirir. Bütün bunlar göstərir ki, İran-Azərbaycan münasibətlərində qeyri-rəsmi və ümumi diplomatiyanı görməməzliyə vurmaq olmaz. Hətta iki ölkə xalqının müalicə, qazanc, ticarət, qohumların görüşü və s. işlər üçün gediş-gəlişinin statistikasına diqqət etdikdə etiraf etmək lazımdır ki, İran və Azərbaycan münasibətlərində qeyri-rəsmi və xalq diplomatiyası rəsmi və dövlət diplomatiyasından daha güclü və önəmlidir.
Ona görə də İran və böyük dövlətlər arasında nüvə razılaşmasının əldə edildiyi və sanksiyaların aradan qalxması üzündən böyük dəyişikliklər yarandığı mühüm bir vaxtda İ. Əliyevin Tehrana səfəri bu gözləntini yaratmışdır ki, nüvə razılaşmasının əldə edilməsi İran və Azərbaycan Respublikasının münasibətlərində iki qardaş ölkə arasında rəsmi və siyasi əlaqələrdə güvənsizliyin kökünü qurutmasun, iki ölkənin şiə xalqı arasında bütün rəsmi səviyyələrdə qardaşlıq, birlik və həmrəylik münasibətləri sürətlənsin, münasibətləri soyudan amillərin qarşısı alınısın, Tehran-Bakı münasibətlərində doğrudan yeni bir fəsil açılsın və bu istək təkcə siyasi və doplomatik söz səviyyəsində qalmasın.
Bürhan Hişməti