Tarix : 2016 Mar 07
Kod 48125

Daha Bir Dindarin Həbs Müdəti Uzadilib

Müsəlman Birlik Hərəkatının həbsdə olan üzvünün həbs müddəti daha 3 ay müddətinə uzadıldı.
ArAnNeWs- Elgün Axundovun həbs müddəti uzadıldı
Müsəlman Birlik Hərəkatının həbsdə olan üzvü Elgün Axundovun həbs müddəti daha 3 ay müddətinə uzadıldı.
Nəsimi Rayon Məhkəməsi bildirib ki, Elgün Axundovun həbs müddəti daha 3 ay uzadıldı.
Məlumata görə, Elgün Axundovun həbs müddətinin uzadılmasının səbəbi, onun həbs edilərkən yol verdiyi qanun pozuntuları elan edilib.
E.Axundov Nardaran hadisələrinin ardınca Müsəlman Birliyi Hərəkatını himayə etdiyi üçün saxlanılmışdı.
26 noyabr tarixində polis tərəfindən Nardaranda həyata keçirilən əməliyyat zamanı Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 10 nəfər həbs edilib.


  • Yazılıb
  • da (də) 2016 Mar 07
  • Göndərən مدير سايت Aran News