Tarix : 2016 Mar 07
Kod 48128

İraqli qüvvələrin terrorçulara qaşi əməliyatlari dəvam edir

İraqli qüvvələr Samirra əməliyyatının birinci mərhələsini uğurla həyata keçirdikdən sonra onun ikinci etapını icra ediblər.
ArAnNeWs- İraqın xalq qüvvələri bu ölkənin ordusu ilə yanaşı Samirra əməliyyatının birinci mərhələsini uğurla həyata keçirdikdən sonra onun ikinci etapını icra ediblər.
İraqın xalq qüvvələri hərbi qüvvələrin köməyilə Samirra adasının azad edilməsinin ikinci mərhələsində azad edilmiş məntəqələrin təftişi, habelə bomba qoyulmuş evlər, partlayış tələləri və minaların zərərsizləşdirilməsinə başlayıblar.
İraqın Müdafiə Nazirliyinin Təbliğat Komitəsi bildirib ki, Samirra adasının təhlükəsizliyinin təmini əməliyyatının ikinci etapında bomba qoyulmuş avtomobillər hədəfə alınacaqlar və indiyədək üç bomba qoyulmuş avtomobil partladılıbdır.
Bədr təşkilatının baş katibi Hadi Əl-Amiri deyib ki, əməliyyat beş mehvərdə planlaşdırılıb; ilk mehvər Bici və Hədisə məntəqələri, həmçinin dəmiryolu və əsas istiqamətdən başlanıb və xalq qüvvələri nəzərdə tutulan məntəqələri mühasirə etməyə çalışırlar.
Səlahəddin vilayətinin polis komandanı Zamin Əlcəburi də deyibdir ki, hazırkı əməliyyatda məqsəd, Tikrit və Samirra adalarının təhlüksəizliklərinin təminidir.
O, əlavə edib: Bu məntəqələr çox genişdirlər və İŞİD qrupu Tikrit və Samirra adalarındakı əkin sahələri və kəndlərdən Ələnbar, Səlahəddin və Niynəva vilayətlərinin qovuşma halqası kimi istifadə edir.


  • Yazılıb
  • da (də) 2016 Mar 07
  • Göndərən مدير سايت Aran News