Bəhreynin təhlükəsizlik qüvvələri əhalinin evlərinə basqın ediblər.
ArAnNeWs- Bəhreyn İnsan Haqları Mərkəzi bu ölkədə insan haqlarının pozulmasının davam etməsindən xəbər verib.
Bəhreyn İnsan Haqları Mərkəzi 27 fevral-4 mart zaman kəsiyini əhatə edən öz həftəlik hesabatını yayaraq, bildirib ki, bu müddətdə on beş nəfər, o sıradan iki uşaq ittihamsız surətdə Ali-Xəlifənin təhlükəsizlik qüvvələri tərəfindən Sitrə və Əlnəim məntəqələrində həbs olunub.
Bəhreyn İnsan Haqları Mərkəzinin hesabatının davamında deyilir ki, Bəhreynin təhlükəsizlik qüvvələri doqquz dəfə əhalinin evlərinə basqın ediblər və bu hərəkət prokurorluqdan icazə alınmadan və təftiş hökmü göstərilmədən həyata keçirilib.
Bəhreyn İnsan Haqları Mərkəzinin hesabatında həmçinin deyilir ki, Ali-Xəlifə muzdurları Sənabəs və Əlbilad Əlqədim məntəqələrində daha altı hüseyniyyəni dağıdıblar.
Ali-Xəlifə rejimi 2011-ci ilin 14 fevralından, yəni bu ölkədə xalq inqilabının başlanmasından bəri xalqı yatırmaq üçün əlindən gələni əsirgəməyibdir. Söz azadlığı, ayrı-seçkilyin götürülməsi və ədalətin icrası Bəhreyn xalqının istəyidir.