Tarix : 2016 Mar 08
Kod 48133

Gürcüstanda müsəlman əsgərlər üçün ibadət otağı açılıb

Martın 6-da Gürcüstan Silahlı Qüvvələrinin müsəlman əsgərlərin xidmət etdiyi Kutaisidəki 3-cü Piyada Briqadasında ibadət otağının açılışı olub.
AranNews- açılışda müdafiə nazirinin müavini Besik Loladze, Baş Qərargah rəisinin müavini Omar Beqoidze, Qərbi Gürcüstanın müftisi Beqlar Kamaşidze, briqada komandiri, polkovnik Şalva Cabaxidze və digər yüksək çinli hərbçilər iştirak ediblər.
Müdafiə naziri Tina Xidaşeli orduda xidmət edən müsəlman əsgərlərə öz dini inanclarını və ibadətlərini yerinə yetirmək üçün tam azadlıq verildiyini bildirib: “Onlar demokratik ölkənin əsgərləridir. Mart ayından sonra daha iki hərbi hissədə belə ibadət otağı açılacaq. Müdafiə Nazirliyinin zəmanəti ilə hər bir müsəlman əsgər öz dini inancını və ibadətini həyata keçirəcək”.
Qeyd edək ki, III Piyada Briqadasında 103 hərbi qulluqçu xidmət edir.
Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi, Hacı Ramin İgidov açıqlamasında azərbaycanlıların kompakt yaşadığı bölgələrdə olan hərbi hissələrdə də ibadət otaqları açılacağını bildirib: "Biz bu məsələ barədə üç ay əvvəl Gürcüstanın Müdafiə Nazirinə müraciət etmişdik və fevralın axırında bizə rəsmi olaraq müsbət cavab verildi. Martın 6-da nazirlik verdiyi sözə əməl edib. Bizdə olan məlumata görə, azərbaycanlıların kompakt yaşadığı bölgələrdə də belə ibadət otaqlarının açılması nəzərdə tutulub”.
  • Yazılıb
  • da (də) 2016 Mar 08
  • Göndərən مدير سايت Aran News