Nərgiz Məmmədli başına gələnlərdə vəhabi təriqətini qəbul edən anasını günahlandırır.
AranNews- Anam dindar dostları ilə oğlumu Türkiyəyə, oradan isə Suriyaya aparmaq istəyirdi. Uşaq dərs oxumağı, bayramları qeyd eləməyi günah bilirdi. bu sözləri anası İŞİD tərəfdarı olan radikal vəhabilərə qoşulan qadın deyir.
Doğma anası tərəfindn evdən qovulan qadın danışır ki, anası onun uşağını müalicə adı altında Suriyaya keçirmək istəyib.
“Mənə dedi ki, uşaqda qurd var, müalicə üçün İrana aparacağam. Amma etibarnamə yazarkən Türkiyəyə gedəcəyini öyrəndim...”
Bu dəhşətli ailə dramını yaşayan qadınlar, Azərbaycan Uşaqlar Birliyinin sığınacağında tanış olduq. Ailəsində baş verən sonuncu münaqişədən sonra polis tərəfindən bura gətirilib.
28 yaşlı Nərgiz Məmmədli (təhlükəsizliyi üçün adı dəyişdirilib) 8 yaşlı oğlu ilə birgə sığınacaqda məskinlaşıb. Nərgiz başına gələnlərdə vəhabi təriqətini qəbul edən anasını günahlandırır.