Tarix : 2016 Mar 08
Kod 48138

İranın Sərhəd Qoşunlarının komandanı Azərbaycana səfər edib

General-mayor Qasim Rzai, Bakıda ikitrərəfli görüşlər keçirəcək və Azərbaycan, Rusiya, İran sərhəd qoşunları komandanlarının üçtərəfli görüşünə qatılacaq.
AranNews- İran İslam Respublikası Sərhəd Qoşunlarının komandanı general-mayor Qasim Rzai Azərbaycana səfər edib.
İran səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu səfər martın 8-də baş tutacaq.  Q.Rzainin başçılıq etdiyi nümayəndə heyətinin üç günlük səfəri  Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə baş tutur.
Səfər zamanı iki tərəfli görüşlərdən başqa həmdə Azərbaycan, İran və Rusiya sərhəd komandanlarının üç tərəfli görüşü keçiriləcək.
Görüşdə sərhədlərdə müştərək təhlükələrlə mübarizə yolları, narkotiklərlə, qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizə yolları müzakirə olunacaq.
  • Yazılıb
  • da (də) 2016 Mar 08
  • Göndərən مدير سايت Aran News