Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Türkiyəni növbəti dəfə açıq təhdid edib.
AranNews- Rus siyasətçi Vladimir Jirinovski “Rossiya 1” telekanalında qonağı olduğu proqramda Türkiyəni təhdid edən açıqlamalar verib.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Türkiyəni növbəti dəfə açıq təhdid edib.
Jirinovskinin Türkiyəyə əleyhinə açıqlamaları aparıcını belə təəccübləndirib: Jirnovski deyib ki, Rusiya Türkiyəni yer üzündən silməlidir: “Türkiyəni yox etməliyik. Türkiyə tez bir zamanda bombalanmalı və işğal edilməlidir. Rusiyanın dəstəyi ilə erməni və kürdlər şərqdən, bolqar və yunanlar isə qərbdən Türkiyəyə girməlidir. Bunun üçün biz heç nədən qorxmamalıyıq. Türkiyəni yox etməliyik”.
Xatırladaq ki, Türkiyənin aparıcı media orqanları Jirnovskini bu açıqlamalarına görə “axmaq”, “səfeh”, “faşist” və “kloun” adlandırıblar.