Tarix : 2008 May 23
Kod 4814

Ermənistanda Türkiyə himninin səsləndirilməsinə imkan verilməyib

Vəziyyət gərgin olduğundan əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub
Turky Servisi/Aran Agentliyi
Mayın 22-də Ermənistanın Abovyan şəhərində futbol üzrə 19 yaşlılardan ibarət Ermənistan və Türkiyə yığma komandaları arasında görüş olub. Stadion azarkeşlərlə dolu olub. Vəziyyət gərgin olduğundan əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub.
    Oyundan əvvəl hər iki ölkənin himni səslənib. Lakin stadiona toplaşmış azarkeşlərin fit səsindən Türkiyənin himnini eşitmək mümkün olmayıb. Türkiyə yığması ilk təhlükəli vəziyyəti oyunun 10-cu dəqiqəsində yaradıb. Sərrkan İldırım topu boş qalmış qapıya göndərib. Birinci hissənin sonlarına yaxın ermənilər hesabı bərabərləşdirib. İkinci hissədə üstünlük türk gənclərin tərəfində olub və onların daha yaxşı fiziki hazırlığı özünü büruzə verib. 59-cu dəqiqədə Türkiyə yığması cərimə zərbəsindən daha bir qol vurub. Oyunun sonunadək hesab dəyişməyib.
 
  • Yazılıb
  • da (də) 2008 May 23