Tarix : 2016 Mar 08
Kod 48140

Haci Talenin həbs müddəti uzadıldı

"Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan sədrinin həbsdə saxlama müddəti 26 iyun 2016 cı il tarixədək uzadıldı.
Arannews- "Müsəlman Birliyi Hərəkatı" təşkilatının sədri Tale Bağırov və İlahiyyatçı Zülfüqar Mikayılzadənin həbs müddəti artırılıb.
Nəsimi Rayon Məhkəməsində "Müsəlman Birliyi Hərəkatı"nın həbsdə olan sədri Tale Bağırovun həbs müddətini 4 ay uzadıb. Tale Bağırovun vəkili məlumat verib: "Tale Bağırovun həbsdə saxlama müddəti 26 iyun 2016 cı il tarixədək uzadıldı. Özünü təqsirli bilmir və qərardan apellyasiya şikayəti veriləcək."
Tale Bağırzadə ötən ilin noyabr ayında Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub.
Ötən il Nardaran hadisələrindən bir neçə gün sonra həbs olunan ilahiyyatçı Hacı Zülfüqar Mikayılzadənin də həbs müddəti 2 ay artırılıb. Hazırda o, Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) saxlanılır.


  • Yazılıb
  • da (də) 2016 Mar 08
  • Göndərən مدير سايت Aran News