Tarix : 2016 Mar 08
Kod 48144

Terrorçular onlarla suriyalini qanlarina qəltan edib

terrorçular onlarla mərmi ilə Suriyanın Hələb şəhərindəki Əlşəyx Məqsud məntəqəsini hədəfə alıblar ki, nəticədə on üç nəfər şəhid olub, azı qırx nəfər də yaralanıbdır.
Arannews- Terrorçular Suriyanın şimalındakı Hələb şəhərinə mərmi hücumu edərək, onlarla suriyalını qanına qəltan ediblər.
terrorçular onlarla mərmi ilə Suriyanın Hələb şəhərindəki Əlşəyx Məqsud məntəqəsini hədəfə alıblar ki, nəticədə on üç nəfər şəhid olub, azı qırx nəfər də yaralanıbdır.
Bu mərmi hücumunda vətəndaşların mənzil və avtomobilləri də zərər çəkibdir.
Digər bir xəbərə görə, İŞİD terror qrupunun Suriyanın Əlriqqə şəhərinin sakinlərinə qarşı təzyiqlərinin şiddətlənməsi və gərginliklərin artmasının ardınca bu şəhər əhalisindən yüzlərlə nəfər həmin qrupun üzvləri ilə toqquşubdur.
Həmçinin bəzi xəbərlər Əlriqqə vilayətindəki Əlrəmilə, Əldəriyyə və Əlriqqə Körpüsü məntəqələrində Suriya bayrağının dalğalanmasından söz açır.
Əlriqqə İŞİD terror qrupunun Suriyada yerləşdiyi əsas mərkəzdir.


  • Yazılıb
  • da (də) 2016 Mar 08
  • Göndərən مدير سايت Aran News