Tarix : 2016 Mar 08
Kod 48145

sionistlərin fələstinlilərə qarşi hücumlari dəvam edir

Sionist hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə basqın edir.
Arannews- Sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif məntəqələrinə, o sıradan Əlxəlil şəhəri, habelə Ələrub və Qələndiya düşərgələrinə basqın edərək, azı on iki fələstinlini həbs ediblər.
sionist rejim hərbçiləri həmçinin digər bir qrup fələstinlini də döyüblər.
Fələstinin müxtəlif məntəqələri 2015-ci il oktyabrın əvvəllərindən bəri fələstinlilərin sionist rejimin təcavüzkar siyasətlərinə, eləcə də Məsciduləqsanın zaman və məkan cəhətdən bölünməsi planı və Beytulmuqəddəsin mahiyyətinin təhrif olunması fitnəsinə qarşı geniş etirazlarının şahididir.
2015-ci il oktyabrın əvvəllərində Qüds intifazəsinin başlanmasından bəri təqribən 190 fələstinli şəhid olub, minlərlə nəfər də yaralanıbdır.


  • Yazılıb
  • da (də) 2016 Mar 08
  • Göndərən مدير سايت Aran News