Tarix : 2016 Mar 08
Kod 48146

Bəhreyndə ruhanilərin həbsi dəvam edir

Bəhreyndə şiə ruhani padşahını təhqir etmə ittihamı ilə 2 il müddətinə və cümə namazında xalqı rejim əleyhinə mitinqlərə çıxmağa dəvət etmə ittihamı ilə isə 1 il müddətinə azadlıqdan məhrum edilib.
Arannews- Bəhreyn apelyasiya məhkəməsi  bu ölkənin şiə ruhanisi Seyyid Kamal Əl-Haşeminin barəsində çıxaralına 3 il azadlıqdan məhrum etmə hökmünü təsdiqlədi. 
əl-Haşemi  Bəhreyn padşahını təhqir etmə ittihamı ilə 2 il müddətinə və cümə namazında xalqı  rejim əleyhinə mitinqlərə çıxmağa dəvət etmə ittihamı ilə isə 1 il müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, bundan öncə  Bəhreyn rejimi Əl-Vifaq Cəmiyyətinin baş katibi Şeyx Salmanı 2014-cü ilin dekabr ayında hökumətə qarşı çıxma və xalqı aksiyalara çağırma ittihamı ilə həbs edib.
Bəhreyn xalqı bu müddət ərzində Şeyx Əli Salmanın həbsinə etiraz olaraq ölkənin müxtəlif bölgələrində, xüsusən də “Əl-Vefaq” Cəmiyyətinin baş katibinun doğulduğu “Əl-Belad əl- Qədim” də dəfələrlə etiraz aksiyası keçirib.


  • Yazılıb
  • da (də) 2016 Mar 08
  • Göndərən مدير سايت Aran News