Stefan De Misturanın sözçüsü Suriya danışıqlarının martın 9-da başlayacağını bildirib.
Arannews- BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Misturanın sözçüsü Cessi Çeyhin Suriya danışıqlarının martın 9-da başlayacağını bildirib. O, ancaq tərəflərdən bəzilərinin Cenevrəyə bir az gec qatılacaqlarını ifadə edib.SputnikÇeyhin De Misturanın görüşlərə martın 9-da günortadan sonra başlamağı planlaşdırdığını bildirib: "De Mistura və qrupu qeyd olunan tarixdən etibarən bütün iştirakçıları qəbul etməyə hazır olacaq və BMT Təhlükəsizlik Şurasının müəyyən etdiyi təqvimə görə, ilkin müzakirələri başlayacaq. Qarşılanma tənzimləmələrinə əsasən, iştirakçıların bəziləri 12-də və ya 13-də Cenevrəyə gələcəklər" .