Rusiya "S-300" raket komplekslərinin İrana göndərilməsi prosesini dondurub.
AranNews- Buna rəsmi səbəb kimi maliyyə problemləri göstərilsədə, Moskvanın bu addımının səbəbi sionist rejimnən gələn basqılardır. Bildirilir ki, sionist rejim Rusiyanın İrana satacağı S-300 raketlərinin Livan Hizbullahının əlinə keçəcəyindən narahatdır və Moskvaya “bu sevdadan geri çəkilməsi” üçün təzyiq göstərir.
bu narahatlıq İsrail Baş naziri Benjamin Netanyahunun bir müddət əvvəl verdiyi açıqlamada da öz əksini tapmışdı.
“İranın Suriya üzərindən Livan Hizbullahına müasir silahlar göndərməsinə razı ola bilmərik. Kolan təpələrində İsrailə qarşı ikinci bir terror cəbhəsi açılmasını da qəbul etmirik. Bunlar İsrailin qırmızı xətləridir və bu cür də davam edəcək”. Netanyahu bildirib.
Xatırlatmaliyiq ki, Rusiya hələ 2007-ci ildə İranla 800 milyon dollar dəyərində S-300 raket sistemi satmaq barədə saziş imzalamış, ABŞ və İsraildən gələn basqılardan sonra 2010-ci ildə müqavilənin şərtlərini yerinə yetirməkdən imtina etmişdi. Ötən il “altılıqlar”ın İranla bağladığı nüvə sazişinin ardından Moskva yenidən S-300 hava müdafiə sistemlərini İrana təhvil verəcəyini bildirmiş və bu qərar İsrail tərəfindən sərt reaksiyayla qarşılanmışdı. İndisə görünən budur ki, Kreml daha artıq beynəlxalq basqılara məruz qalmamaq üçün və ya onlardan müəyyən güzəştlər qopardıqdan sonra yenidən geri çəkilməli olub.
Moskvanın, faktiki olaraq, İrana zərbəsi kimi qiymətləndirilə biləcək bu addımının başlıca səbəblərindən biri onun Yaxın Şərq strategiyası ilə izah oluna bilər. Ümumiyyətlə, bütün böyük dövlətlər kimi, şimal qonşumuz da Yaxın Şərqdə bir-birinin qanına susayan müsəlman ölkələri arasındakı konfliktlərdən faydalanmağa çalışır.