İsraildəki erməni icması erməni soyqırımının tanınması məsələsinin mayın 18-də İsraildə parlament tətilinin bitməsindən sonra Knessetin gündəliyinə salınmasına ümid edir
Turky Servisi/Aran Agentliyi
Erməni soyqırımının tanınması məsələsi mayın sonunda Knessetin gündəliyinə salına bilər. Belə ki, İsraildəki erməni icması erməni soyqırımının tanınması məsələsinin mayın 18-də İsraildə parlament tətilinin bitməsindən sonra Knessetin gündəliyinə salınmasına ümid edir. Bu barədə Ermənistanın "Panorama" agentliyi məlumat yayıb. “Ay Dat”ın Qüds ofisinin rəhbəri Jorjetta Avakyan bildirib ki, deputat Zeyev Yelkin bu məsələnin parlamentdə dinlənilməsini təbliğ etməkdə davam edir. “Düzdür, biz Azərbaycan lobbisinin qarşıdurması ilə üzləşirik. Əslinə qalsa, Bakının maraqlarını təmsil edən deputatlar əslində Türkiyənin əmri ilə hərəkət edirlər. Buna baxmayaraq, İsraildəki 3000-ə yaxın erməni icması nikbindir”, deyə J. Avakyan bildirib.
O qeyd edib ki, son zamanlar Ermənistan və İsrail parlament qrupları arasında görüşlər intensivləşib: "Biz hesab edirik ki, bunun özü də erməni soyqrımının Knessetdə müzakirəsində rol oynaya bilər”, deyə J. Avakyan qeyd edib.