Şeyx İsa Qasim başda olmaqla 38 nəfər bəhreynli alim kəskin və şiddətli bir bəyaniyyə yayaraq vurğulayıblar ki, şiələr bu ölkədə öz vətəndaşlıq hüquqlarının digərləri ilə bərabər olmasının bərpasını tələb edirlər.
Arannews- Bəhreyn alimləri yaydıqları kəskin bəyaniyyədə zalim Ali-Xəlifə rejiminin daxili İşlər Nazirinin düşməncəsinə çıxışına sərt təpki göstərərək bu rejimin dini atributlara qarışmaq hüququnun olmadığını vurğulayıblar." Şeyx İsa Qasim başda olmaqla 38 nəfər bəhreynli alim kəskin və şiddətli bir bəyaniyyə yayaraq vurğulayıblar ki, şiələr bəlkə öz vətəndaşlıq hüquqlarının digərləri ilə bərabər olmasının bərpasını tələb edirlər.
Hökumətin haqqı yoxdur ki, şiələrin məzhəbi atributlarına qarşı hörmətsizlik etsin, məzhəbi ayinlərin icrasında dəxalət etsin və məzhəbi ayinlərə barmaq uzatsın.
Bəyaniyyədə deyilir: "Biz tələb edirik ki, hamının və bütün xalqın milli iştirakı ilə qanun əsasında demokratik bir dövlət qurulsun. Seçim azad və ədalətli olsun. Bütün xalq öz nümayəndəsini parlamentə azad göndərə bilsin. Parlament də xalq üçün işləməyə tam ixtiyar sahibi olsun. Biz istəyirik ki, müstəqil və həqiqətə xidmət edən bir ali məhkəmə qurulsun. Heç bir güc bu məhkəməyə zor deyə bilməsin. İnsanların vətəndaşlıq haqları qorunsun. Məzhəbi ayinlərin icrasına kimsə dəxalət etməsin. Əqidəyə görə heç kim təzyiq və təqib altına düşməsin".
Bu bəyaniyyəni 38 nəfər bəhreynli alim, o cümlədən şeyx İsa Qasim, Seyid Abdullah Qərifi, Seyid Məcid Məşəl, Şeyx Məhəmməd Saleh Rəbii və digərləri imzalyıblar.